banner
banner

Dünya

Obama Ərdoğanla görüşmək istəmədi

Obama Ərdoğanla görüşmək istəmədi

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın şəxsi görüş haqda irəli sürdüyü təklifi rədd edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti martın son günlərində baş tutacaq nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gedəcək. ABŞ prezidentinin sözcüsü iki liderin görüşünə zərurətin olmadığını bildirib.

"Ərdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünkü Barak Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" - deyə Ağ Evdən bildirilib.

Bununla da, Ərdoğanın Vaşinqtona səfəri çərçivəsində Barak Obama ilə görüşü baş tutmayacaq.

Xatırladaq ki, 2015-ci il noyabrın 15-də Türkiyənin Antalya şəhərində baş tutan Böyük İyirmilik sammitində Barak Obama və Rəcəb tayyib Ərdoğanın görüşündən sonra iki lider bəyanatla çıxış etmişdi. Paris terrorundan iki gün sonra baş tutan toplantı zamanı Ərdoğan "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik" - deyə söyləmişdi.

Onu da qeyd edək ki, bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.