banner
banner

Dünya

Türkiyədə 51 miqrant saxlanılıb

Türkiyədə 51 miqrant saxlanılıb
Türkiyənin sahil-mühavizə qüvvələri martın 28-də dənizdə 51 qanunsuz miqrantı saxlayıb.
Onlar Yunanıstanın Lesbos adasına keçmək istəyirmişlər. Türkiyə Avropa Birliyi ilə razılaşmadan sonra Egey dənizində nəzarəti gücləndirib.
Razılaşmada qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində onları yerləşdirmək üçün Ankaraya əlavə vəsait ayrılması və onunla Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.
Hazırda Türkiyədə 2 milyon 700 mindən çox suriya qaçqını var.
 
Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar./Azadlig.org/
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.