banner
banner

Dünya

Ərdoğan Vaşinqtonda Obama ilə görüşəcək

Ərdoğan Vaşinqtonda Obama ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində prezident Barak Obama ilə görüşəcəyini açıqlayıb.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə prezident Ərdoğan Amerika səfərindən əvvəl hava limanında təşkil etdiyi mətbuat konfransında məlumat verib.

Ərdoğan görüşlə bağlı deyib: "Orada bir çox liderlə görüşəcəyik. Obama ilə də görüş hazırlanıb. Bu səfər yalnız Obamanın ikitərəfli görüşü üçün dəvət deyil. Bu zirvə görüşü üçün bir dəvətdir. 50-dən çox lider orada iştirak edəcək. Orada iştirak edəcək liderlərin ciddi bir qışımı ilə ikitərəfli danışıqlar olacaq. Biz də Obama ilə ikitərəfli görüş keçirəcəyik".

Xatırladaq ki, bundan əvvəl Obamanın sammit çərçivəsində Ərdoğanla görüşdən imtina etməsi barədə xəbər yayılmışdı.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə bildirmişdi ki, "səfər zamanı iki ölkə prezidentinin görüşünə ehtiyac yoxdur".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.