banner
banner

Dünya

Ərdoğan ABŞ-da necə qarşılandı?

Ərdoğan ABŞ-da necə qarşılandı?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün xüsusi təyyarə ilə Vaşinqtona gəlib.

Avropa.info xəbər verir ki, “Andrews” aeroportunda Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Vaşinqtondakı səfir Serdar Kılıç və digər rəsmi şəxslər qarşılayıb.

Ərdoğanın gəlişi Amerikada yaşayan türklərin də böyük izdihamına səbəb olub. Otel qarşısında yığışan türklər onu “Güvənilir lider xoş gəldin!”, “Millətin adamı!”, “Suriyalı qaçqınları qoruduğun üçün çox sağ ol!”, “And olsun ki, millətin son səsi - Ustanın xətrinə dəyənin xətrinə dəyəcəyik!” kimi şüarlarla qarşılayıblar. Açdıqları böyük türk bayrağı ilə prezidentə olan sevgilərini nümayiş etdiriblər.

Dövlət avtomobilindən enən Ərdoğan kütlənin yanına gedərək, otel qarşısında gözləyən adamlarla görüşüb. Qələbəlikdən “Səni sevirik!”, “Allah səni başımızdan əksik etməsin!”, “Milllət səninlə qürur duyur!” nidaları yüksəlib.

Ərdoğan otel qarşısında jurnalistlərə verdiyi açıqlamada ABŞ-a səfər proqramının başladığını bəyan edib. Nüvə təhlükəsizliyi sammiti üçün gəldiyini deyən Ərdoğan Türk-Amerikan Mədəniyyət Mərkəzininin açılışında iştirak edəcəyini də deyib.

Bir daha qeyd edək ki, Ərdoğan Vaşinqtona 31 mart 1 aprel tarixlərində keçiriləcək sammit üçün gəlib.

*   *   *16:55

ABŞ-da rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilməz olayla qarşılaşıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident əleyhinə sloganlar səsləndirənlərin qarşısını almaq üçün mühafizəçilər qəribə üsula əl atıblar. Çıxardıqları əcaib səslərlə etirazçıların çıxışlarının qarşısını almağa çalışan mühafizəçilər sosial şəbəkədə gülüş hədəfinə çevriliblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.