banner
banner

İdman

Fransa millisi Bakıdakı Avropa çempionatında

Fransa millisi Bakıdakı Avropa çempionatında

Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Fransa millisi mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.

Komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da məğlub edib. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.

Qeyd edək ki,  bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.