banner
banner

İdman

“Qəbələ” hazırlıqlara başladı

“Qəbələ” hazırlıqlara başladı

“Qəbələ” Topaz Premyer Liqanın 28-ci turunun “İnter”lə ev oyununun hazırlığına start verib.

Ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib. 
Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komandamız sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb.

Roman Qriqorçukun komandası sabah oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.

Xatırladaq ki, IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.