Yunanıstan, nəhayət ki, gələn ilin fevral ayında beynəlxalq kreditorlara olan borucunu bağlaya biləcək.
Avropa Komissiyasının maliyyə komissarı Pyer Moskovisi bu barədə açıqlama verib. Fransalı komissar qeyd edib ki, ilin sonunda Troyka nümayəndələri Yunanıstanı tərk edəcək və rəsmi Afina ilə Avropa arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq. Prosesin möhkəmləndirilməsi üçün isə, yunan hökumətinin növbəti dəfə islahatlara əl atacağı da istisna edilmir.
2010-ci ildən indiyə qədər Yunanıstan 240 milyard avro həcmində kredit almışdı.
İqtisadi geriləmədən yaxa qurtarmağa çalışan ölkə parlamenti bu gün öz prezidentini seçəcək. Mühafizəkar baş nazir Antonis Samaras seçkilərdə qalib gəlməyə çalışan əsas namizədlərdən biri olacaq. Avropanın sərt tədbirlər paketinə qarşı çıxan Siriza partiyasının lideri Aleksis Çipras isə, onun əsas rəqibidir. Çipras hökumətin iddilarının əksinə, sərt tədbirlər proqramının iflasa uğradığını bildirir.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.