|
"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə meydanı qolsuz tərk edib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ardıcıl üçüncü matçda fərqlənə bilməyib. L.Messi son olaraq Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə ilk matçda qol vura bilməyib. Bununla da, onun Kataloniya klubunda qol həsrəti 272 dəqiqəyə çatıb. Qeyd edək ki, Messi "Barselona"nın heyətində sonuncu dəfə ÇL-də "Arsenal"la cavab oyununda fərqlənib. Cia.az
|


