|
Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. İngiltərədə "Mançester Siti" PSJ-ni qəbul edib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Mançester təmsilçisi yarımfinala yüksəlib. Madrid "Real"ı isə doğma meydanda "Volfsburq"u qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Kriştianu Ronaldonun het-triki "Real"a qələbə qazandırıb - 3:0. Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək.
12 aprel Çempionlar Liqası, 1/4 finalın cavab oyunları 22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0
13 aprel 22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) 22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) Cia.az
|


