|
"Real"ın futbolçusu Kərim Benzemanın "Avro-2016" üçün Fransa millisinə çağırılmayacağı dəqiqləşib. Bu barədə hücumçu özünün "Tvitter" hesabında yazıb: "Məni sevən insanlara üzülərək bildirmək istəyirəm ki, "Avro-2016" üçün Fransa millisinin heyətində yer almayacam". Qeyd edək ki, K.Benzema millidəki komanda yoldaşı Matyö Valbueni şantaj etməkdə günahlandırılıb. Bu hərəkətinə görə o, Fransa millisindən kənarlaşdırılıb. Cia.az
|


