|
"Doğma azarkeşlər qarşısında oynamağımız bizə növbəti mərhələyə yüksəlməyə kömək olacaq. İlk oyunu unutmalıyıq. "Borussiya" dünyanın hər yerində qol vura biləcək komandadır. Onları dayandırmaq çətindir". Bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı ilə cavab matçı öncəsi deyib. O, ilk qarşılaşmada öz güclərindən maksimum istifadə etmədiklərini vurğulayıb: "Borussiya" qarşısında ağ bayraq qaldırmağa hazırlaşmırıq. Komandam yarımfinala çıxacaq gücdədir". Cia.az
|


