banner
banner

İdman

"Qəbələ"dən 17 qol

"Qəbələ"dən 17 qol

“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 
“qırmızı-qaralar” son bir həftədə keçirdiyi 6 qarşılaşmada 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyət alıb. 
17 qol vuran komanda cəmi 1 top buraxıb. Çempionluğu ötən tur təmin edən U-16 “Sumqayıt”la səfər oyununda qalib gəlib – 6:0. Bu, cari mövsümdə xal itirməyən “Qəbələ”nin ardıcıl 26-cı qələbəsidir. U-15 də çempion titulu ilə çıxdığı qarşılaşmada 6 cavabsız qol vurub. “Bakı”nı məğlub edən “qırmızı-qaralar” 32 oyundan sonra xal hesabını 94-ə çatdırıb. 

U-19 Liqada XX turun qarşılaşmaları keçirilib. Bu turda “Qəbələ” istirahət etdiyindən liderliyi əldən verib. Lakin 17 qarşılaşmada 46 xal toplayan “qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirib.
Təxirə salınmış oyunda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edən U-17 “Zirə” ilə qolsuz sülhlə kifayətlənib. 23 oyunda 57 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.

U-14 və U-13 Liqalarının paytaxt regionunun Bakıda mübarizə aparan zona oyunlarına da yekun vurulub. U-14 komandası son turda “Sumqayıt”a qalib gəlib – 1:0. 20 qarşılaşmada 43 xal toplayan “Qəbələ” 2-ci yeri tutub. “İnter”ə 0:1 hesabı ilə uduzan U-13 18 oyunda 34 xal toplayaraq, 5-ci yerdə qərarlaşıb. Hər iki komanda final mərhələsinə yüksəlib. Sabah U-14, U-13, U-12, U-11 və U-10 liqalarında final mərhələsinin püşkatma mərasimi keçiriləcək və “Qəbələ”nin komandalarının rəqibləri bəlli olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.