"Real" (Madrid) və PSJ-nin transfer hədəfində olan Eden Azarın "Çelsi"dəki gələcək taleyinə aydınlıq gəlib.
Qol.az-ın "The Times"a istinadən verdiyi məlumata görə, belçikalı futbolçu London klubunda qalacaq.
Artıq o, bu barəcə klubun gələcək baş məşqçisi Antonio Konteyə məlumat verib. 25 yaşlı futbolçu italiyalı mütəxəssislə çalışmaq istədiyi üçün "Çelsi"də qalacağını bildirib.
Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan Azar keçirdiyi 134 oyunda 37 qola imza atıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.