|
Millimiz Ukrayna ilə yoldaşlıq oyunu keçirə bilər. Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul məlumat verib. O bildirib ki, "Avro-2016" öncəsi üç yoxlama oyunu keçirməyi planlaşdırırlar. Millinin mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya və iyunun 6-da isə Moldova ilə qarşılaşacağı nəzərdə tutulub. V.Laşkul Moldova Futbol Federasiyası ilə danışıqların hələ davam etdiyini bildirib. Onun sözlərinə görə, əgər danışıqlar müsbət nəticələnməsə, bu halda Azərbaycan millisi ilə müzakirələrə başlanacaq. Cia.az
|


