banner
banner

İdman

"Qəbələ"də yeni futbolçular

"Qəbələ"də yeni futbolçular

"Qəbələ"nin Topaz Premyer Liqasının növbəti turunda "Xəzər Lənkəran"la səfər oyunu öncəsi müdafiə xətti ilə bağlı ciddi problemləri yaranıb.

Ukraynalı baş məşqçi Roman Qriqorçuk iki aparıcı mərkəz müdafiəçisinin xidmətindən məhrum qalıb.
Ruslan Abışov zədə, Vojislav Stankoviç cəza səbəbindən meydana çıxa bilməyəcək. Üstəlik, Rafael Santos hələ "Sumqayıt"la iki tur öncə sintetik meydanda keçirilmiş səfər oyununda zədələnib və onun Lənkəranda meydana çıxacağı sual altındadır. 
 
Belə olan halda, Qriqorçukun xidmətindən yalnız bir müdafiəçi - Vitali Vernidub qalıb. Ukraynalı mütəxəssis vəziyyətdən çıxış yolu kimi əvəzedici heyətdən mərkəz müdafiəçisi Murad Musayevi hazırlığa cəlb edib. "Qəbələ"nin əvəzedicilərinin kapitanı öz çempionatında sarı vərəqə limtini aşdığına görə cəzalıdır və növbəti turda meydana çıxmayacaq. Santos sağalmasa, Musayevin "Xəzər Lənkəran"la oyunda əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qriqorçuk əvəzedicilərdən yarımmüdafiəçilər Emin Zamanovla Roman Hüseynovu da hazırlığa cəlb edib. Qapıçılardan isə Murad Popovla Süleyman Süleymanov növbəliliklə əsas komandada hazırlaşır. Ancaq Andrey Popoviç hələ də əvəzedici heyətdədir. Qrqiorçuk qış fasiləsində "Kəpəz"lə səfərdə böyük hesabla uduzduqları (0:3) matçda səhvləri ilə yadda qalan milliləşdirilən ukraynalı qapıçını qaytarmağı düşünmür.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.