|
Türkiyə kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Matç "Fənərbaxça"nın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "sarı-lacivərdli" komanda finala bir qədər də yaxınlaşıb. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-ü keçiriləcək. 20 aprel Türiyə kuboku, yarımfinalın ilk oyunu "Konyaspor" - "Fənərbaxça" - 0:3 Cia.az
|


