banner
banner

Dünya

Məscidlərə nəzarət gücləndiriləcək

Məscidlərə nəzarət gücləndiriləcək

Moskvada Rusiya Müftilərinin Məsləhət Şurası müşahidəçiləri və ictimaiyyət nümayəndələri Qurban bayramı günlərində məscidlərdə vəziyyətə nəzarət edəcəklər. Onlar dindarlarla polis arasında baş verə biləcək münaqişəli vəziyyətlərin aradan qaldırılmasına yardımçı olacaqlar.

ANS PRESS-in məlumatına görə, Qafqaz xalqlarının Rusiya Konqresinin sədr müavini, işçi qrupun rəhbəri Sultan Toqonidze deyib ki, bayram günlərində "oda yağ tökməyi" arzu edənlər saysız-hesabsız çox ola bilər. İctimaiyyətin nümayəndələri köməkçi mexanizm kimi buna qarşı çıxış etməyə hazırdır. Onlar hüquq-mühafizə strukturları ilə qarşılıqlı şəkildə yarana biləcək vəziyyətin neytrallaşdırılmasında iştirak edəcəklər.

Xatırladaq ki, əvvəllər Müftilər Şurası məscidlərdə baş verən hadisələrlə bağlı xüsusi bəyanatla çıxış edərək, insanları sakitliyə və qanunlara riayət etməyə səsləyib: "Biz dindaşları meqapolisdə pasport sisteminə riayət etmək ehtiyacını unutmamağa çağırırıq."

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.