|
İngiltərə Premyer Liqasının lideri “Lester” bu gün növbəti qələbəsini qazanıb. 35-ci turda “Svensi Siti”ni qəbul edən Klaudio Ranyerinin komandası rəqibini 4:0 hesablı məğlubiyyətə uğradıb. “Lester” – “Svensi Siti” – 4:0 Bu qələbə sayəsində “Lester” çempionluq yolunda önəmli addım atıb. Hazırda onların 35 oyundan 76 xalı var. İkinci yerdəki “Tottenhem” 34 matçdan 68 xal toplayıb. Bu gun keçirilən turun digər qarşılaşması – “Sanderlend” – “Arsenal” oyunu 0:0 hesabı ilə yekunlaşıb. Cia.az
|


