banner
banner

Dünya

Jirinovski: “Tehran da İrəvanı müdafiə edəcək”

Jirinovski: “Tehran da İrəvanı müdafiə edəcək”
Azərbaycan Türkiyənin əmri ilə Qarabağa hücum edib.
 
Axar.az xəbər verir ki, bunu “Vladimir Solovyovla bazar axşamı” verilişində çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistana yardım etməyə borcludur:
 
“Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək. İstənilən halda qələbə bizimlə olacaq. İran da Ermənistanın yanında olacaq. Bu iki ölkənin yaxşı münasibətləri var, üstəlik, İran Türkiyəyə nifrət edir. Rusiya Ermənistana kömək etməyə borcludur. Bütün bunlar Vaşinqton tərəfindən ona görə edilir ki, Rusiyanın vəziyyəti pisləşsin, amma onlarda heç nə alınmayacaq”.
 
Jirinovski həmçinin Qafqazda və Donbasdakı lokal savaşların, eləcə də taliblərin Mərkəzi Asiyaya hücumunun yeni dünya müharibəsini yaxınlaşdıracağını bildirib.
 
Qeyd edək ki, Jirinovski bundan öncəki çıxışında da İrəvanı müdafiə etmiş, türkləri isə köçəri adlandıraraq Mərkəzi Asiyaya qayıtmasını istəmişdi. 
 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.