|
"Mançester Siti"nin futbolçusu Yaya Ture Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı ilk matçda oynamayacaq. Bu barədə Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini məlumat verib. O, Y.Turenin zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacağını bildirib. Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu sabah keçiriləcək. Cia.az
|


