"Yuventus" İtaliya A seriyasında çempionluğu rəsmiləşdirib.
Bu, ölkə çempionatının 35-ci turunda "Roma" - "Napoli" matçından sonra baş verib. "Napoli"nin sözügedən qarşılaşmada 0:1 hesabı ilə uduzmasından sonra "Yuventus"la "Napoli" arasında 12 xallıq fərq yaranıb.
Bununla da Turin təmsilçisi 2015/16 mövsümü A seriyasının bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində ard-arda 5-ci dəfə ölkə çempionu olub.
Qeyd edək ki, "Yuventus" 35 turdan sonra 85 xalı var.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.