Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. İlk oyunlar çərçivəsində iki qarşılaşma keçiriləcək. Günün ilk oyunu “İnter” və “Qarabağ” komandaları arasında baş tutacaq. Çempionatın son oyununda məhz bu rəqibinə qalib gələn Ağdam klubu bugünkü səfər qarşılaşmasında da yaxşı nəticə qazanmağa çalışacaq. Günün digər qarşılaşması da paytaxtda keçiriləcək. “Neftçi” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Çempionatda qeyri-stabil çıxış edən bu komandaların kubok mübarizəsində şansları bərabər qiymətləndirilir.
27 aprel (çərşənbə) Azərbaycan kuboku, yarımfinalın ilk oyunları 16:00.“İnter” – “Qarabağ” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov “İnter Arena”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.