Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl” neft şirkətinin Rumıniyadakı ofislərində axtarış aparılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prokuror, polis və gömrük əməkdaşlarının iştirakı ilə aparılan axtarış vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması ilə bağlı başladılan araşdırma çərçivəsində baş verib. Prokurorun sözlərinə görə, araşdırmanın hazırki mərhələsində vergidən yayınma və pulların yuyulmasından dəyən zərər 290 milyon dollar kimi qiymətləndirilir.
“Lukoyl”un nümayəndəsi də Rumıniya ofislərindəki axtarışı təsdiqləyib. O bildirib ki, axtarış nəticəsində tələb edilən sənədlər götürülüb.
Analitikləri isə bildirirlər ki, əgər fakt təsdiqini taparsa belə bu, şirkətin Ruminayadakı fəaliyyətini dayandırması anlamına gəlməyəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.