"İnter" klubunun müdafiəçisi Nemanya Vidiç qışda komandadan ayrılacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri İtaliya mətbuatı yayıb.
Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini serbiyalı futbolçunu komandasında görmək istəmir. Səbəb kimi isə futbolçunun yaşlı və əvvəlki formasından uzaq olması göstərilir.
Qeyd edək ki, Vidiç mövsümün əvvəlində "Mançester Yunayted"dən "İnter"ə transfer olunub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.