Fransa hökuməti dünyada aparacı rolu olan 13 nəhəng kosmetika şirkətini cərimə edib.
ANS PRESS-in məlumatına görə, cərimənin ümumi məbləği 951 milyon avro təşkil edir.
Məlumata görə, cərimə olunan şirkətlər arasında "Loreal", "Kolqeyt-Palmoliv", "Unilever", "Prokter-end-Qembl" və "Sara Li" də var.
Təşkilatlar gizli şəkildə kartel təşkil edərək fiks qiymət müəyyənləşdirməkdə ittiham olunurlar.
Anti-inhisarçılar kartelin kosmetika sahəsində rəqabəti zəiflətdiyini bəyan edib. Kartelin gizli əməkdaşlığını ifa edən isə, "johnson&johnson", "Colgate" və "Henkel" firmaları olub.
Loreal və "Unilever" məsələ ilə əlaqədar apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib.
Sözügedən şirkətlərin Azərbaycanda da məhsulları satılır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.