banner
banner

İdman

"Real" daha şanslı idi" – Pelleqrini

"Real" daha şanslı idi" – Pelleqrini

"Bərabərsəviyyəli oyun keçdi. Heç bir komanda qələbəyə layiq deyildi. Yarımfinalda güclü komandaya qarşı oynadıq. Ancaq "Real"ın bizdən daha yaxşı olduğunu düşünmürəm. Onlar daha şanslı idi".

Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının yarımfinalında "Real"a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçından sonra deyib.

O, qarşılaşma ərzində qol vurmağa çalışdıqlarını bildirib:

"Amma buna müvəffəq olmadıq. Klub tarixində ilk dəfə yarımfinala yüksəlmişdik. Bu, komanda üçün əhəmiyyətli idi. "Mançester Siti" həmişə final uğrunda oynamağa çalışmalıdır".

M.Pelleqrini "Real" və "Atletiko" arasında keçiriləcək final oyunu haqda da danışıb. O, matçın favoritinin olmadığını bildirib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.