banner
banner

İdman

"Nəticə sürpriz olmadı" – Prosineçki

"Nəticə sürpriz olmadı" – Prosineçki

"Fərqli qarşılaşma idi. İlk matçda “Qarabağ” 4:0 hesabı ilə qələbə qazanmışdı. Bu nəticədən sonra Ağdam təmsilçisinin cavab qarşılaşmasında ikinci heyətlə oynayacağı gözlənilən idi".
Bu sözləri millimizin baş məşqçisi Robert Prosinçeki Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" – "İnter" (1:0) matçından sonra deyib. 
Oyunu tribunadan canlı izləyən xorvatiyalı mütəxəssis "Qarabağ"ın rəqibindən güclü olduğunu bildirib: "Qarabağ” istənilən halda güclü komandadır və cavab matçında da qalib gəlməklə bunu bir daha sübut etdi. “Qarabağ” istənilən heyətlə nəticə qazanmağı bacaran komandadır. “İnter” isə hazırda “Qarabağ” səviyyəsində deyil".

Yarımfinalın digər oyunu “Qəbələ” - “Neftçi” görüşü barədə də danışan Prosineçki Qəbələdə qeydə alınınan nəticənin sürpriz olmadığını vurğulayıb: "Qəbələdəki oyunu televiziya vasitəsiylə izlədim. Oyunda qeydə alınnan nəticə mənim üçün sürpriz olmadı. Ola bilər ki, “Qəbələ” daha yaxşı oynadı və güclü idi. Amma qələbə qazanan tərəf “Neftçi” oldu".

Baş tutan hər iki qarşılaşmada penalti epizodları olub ki, millimizin üzvləri bundan yararlana bilməyib. "İnter"dən Vüqar Nadirov, "Qəbələ"dən isə Samir Zərgərov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Prosineçki bununla bağlı sualı belə cavablandırıb: "Penaltilər istənilən halda lotareyadır. 11 metrlik cərimə zərbəsi zamanı bəxt amili böyük rol oynayır. Ötən gün Çempionlar Liqasında dünyanın ən yaxşı futbolçuları da penaltini dəqiq yerinə yetirə bilmədilər. Bu hal hər yerdə baş verə bilər". 

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.