|
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə start veriləcək. Qol.az-ın məlumatına görə, bu gün A və B qruplarında ilk turun oyunları keçiriləcək. Turnirin açılış matçı B qrupunda Avstriya və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək saat 14:00-da başlayacaq. Qrupun digər görüşündə Ukrayna və Almaniya üz-üzə gələcək. A qrupunda qərarlaşan Azərbaycan millisi isə turnirdə ilk matçında çıxacaq. Təbriz Həsənovun komandası Portuqaliya yığması ilə qarşılaşacaq. Digər oyunda isə Belçika Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. 5 may A qrupu 20:00. Azərbaycan – Portuqaliya B qrupu Cia.az
|


