banner
banner

İdman

Dünya çempionu məşqçiliyə başlayır

Dünya çempionu məşqçiliyə başlayır

İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olmuş Mauro Kamoranezi Meksikanın II divizionunun lideri “Koras Tepik”in baş məşqçisi təyin olunub.

Apasport.az saytının məlumatına görə, bu, yayda futbolçu karyerasını başa vuran 38 yaşlı mütəxəssis üçün ilk məşqçi işi olacaq.


Argentinada doğulan Kamoranezi Avropaya köçməmiş futbolçu kimi Meksikanın “Santos Laquna” və “Krus Asul” klublarında çıxış edib.

Qeyd edək ki, “Yuventus”dakı (2002-2010) çıxışı ilə məşhurlaşan Kamoranezi 2003-2010-cu illərdə İtaliya millisinin heyətində forma geyinib. O, 55 oyunda meydana çıxıb və 5 qol vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.