"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb. Zədə səbəbindən Çempionlar Liqasında yarımfinal mərhələsinin "Mançester Siti" ilə ilk görüşündə iştirak etməyən portuqaliyalı futbolçu cavab matçında meydana çıxıb. Bu, 31 yaşlı futbolçunun karyerasında 17-ci yarımfinal matçı olub. Ronaldo bu göstəricidə "Bavariya"nın və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso ilə yarışır. Alonso da Ronaldo kimi 17 dəfə Çempionlar Liqasının yarımfinalında oynayıb. Lakin Alonsodan fərqli olaraq Ronaldonun komandası finala adlayıb. "Kral klubu" finalda elə "Bavariya"nı mübarizədən kənarlaşdıran "Atletiko" ilə qarşılaşacaq.
Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasında 11 oyun keçirən Ronaldo 16 qol vurub və 4 məhsuldar ötürmə verib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.