|
"Əlbəttə, bu oyunu məşq saymaq olmaz. Bütün komandalara hörmətlə yanaşırıq. Azərbaycanı da güclü rəqib sayırdıq. Futbolçularımız oyuna ciddi hazırlaşmışdı. İlk dəqiqələrdə vurduğumuz qol işimizi rahatlaşdırdı". Bunu Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Helio Souza millimizə 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının A qrupunun ilk tur matçından sonra deyib. O bildirib ki, əvvəllər komandası bu qədər insanın qarşısında meydana çıxmadığından, fərqli atmosferdə çıxış ediblər. "Ötənilki Avropa çempionatında uğurlu nəticə qazana bilməmişdik. Çünki finaldan kənarda qaldıq. Bu səbəbdən Bakıdakı çempionata ciddi hazırlaşmışıq. Hədəfimiz hələ ki, növbəti oyunu da udmaq və qarşıdakı oyunlara hazırlaşmaqdır". "Mən sizin ölkənizdəki strukturu bilmirəm. Ona görə məsləhət verməyim düzgün olmazdı". Baş məşqçi Şotlandiya ilə növbəti qarşılaşmaya ciddi hazırlaşacaqlarını da açıqlayıb. Cia.az
|


