|
"Betis" klubunun yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisini Qustavo Poyet çalışdıracaq. 48 yaşlı mütəxəssis bu vəzifədə Xuan Marinonu əvəzləyib. Uruqvaylı çalışdırıcı "Betis"lə iki illik müqavilə imzalayıb. Qeyd edək ki, Poyet daha öncə "Brayton", "Sanderlend" və AEK klublarını çalışdırıb. Cia.az
|


