banner
banner

İdman

“Çelsi”dən 48 milyonluq transfer

“Çelsi”dən 48 milyonluq transfer
İtaliya millisinin baş məşqçisi Antonio Konte ilə anlaşan "Çelsi"nin ilk transferi A Seriyasından olacaq. ANS PRESS-in məlumatına görə, London klubu Qonzalo Hiquaynı heyətinə qatmağa hazırlaşır.
 
"Napoli"də çıxış edən argentinalı ulduzun transferini Konte özü şəxsən istəyib. "Çelsi" Hiquayn üçün italyanlara 48 milyon avro təklif edəcək.
 
İspaniyanın "Real" klubu 2007-ci ildə 12 milyon avroya aldığı Hiquaynı 2013-cü ildə 38 milyona "Napoli"yə satıb.
 
"Transfermarkt" hazırda 28 yaşlı forvarda 60 milyon avro qiymət qoyub. Cari mövsümdə "Napoli"nin heyətində 41 rəsmi oyuna çıxan Hiquayn 35 qol vurub.
 
A Seriyasının 34 oyununda 33 dəfə fərqlənən argentinalı bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi "Milan"lı həmkarı Karlos Bakkanı 16 topla qabaqlayır. Argentinalı futbolçu ilə Avropanın bir neçə aparıcı klubu yaxından maraqlanır.
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.