İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç ölkəsinin milyarderlər siyahısında yer alıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu 1 milyard İsveç kronu ilə vətəninin ən varlı insanları arasında 147-ci pillədədir.
Z.İbrahimoviç İsveçdə milyarderlər sırasında olan ilk idmançı olub.
Qeyd edək ki, İbrahimoviçə avtomobil reklamına çəkilməsi yüksək gəlir qazandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.