banner
banner

Dünya

Tramp: ABŞ-da 11 sentyabr hadisələri təkrarlana bilər

Tramp: ABŞ-da 11 sentyabr hadisələri təkrarlana bilər
ABŞ-da 2001-ci il, 11 sentyabr hadisələri təkrarlana bilər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib.
O, bunun səbəbini ölkədə sığınacaq tapan miqrantlarda görür: “Çox pis hadisələr baş verəcək. Ölkəmizə gələn miqrantlar hücumlar törədəcək. Mənim buna qətiyyən şübhəm yoxdur”.
Prezidentliyə namizəd ölkəyə qaçqınların gəlməsinə qarşı çıxıb. “Ölkəmizdə onlarsız da çətinliklər var. Biz Suriyadan qaçqın axınına imkan verməməliyik. Biz onları tanımırıq, nə məqsədlə gəldiklərini bilmirik. Bəlkə onlar İŞİD terrorçularıdır? Bildiyimə görə, ABŞ-a mobil telefonlarında İŞİD bayraqları əks olunan insanlar daxil olur. Indi biz onları təmtəraqla qarşılamalıyıq”, deyə D.Tramp bildirib.
Xatırladaq ki,  2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata silsilə terror aktları keçirib. Hadisə nəticəsində 3 minədək insan ölüb. 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.