banner
banner

İdman

Avropa çempionatında yarımfinal görüşləri keçirilib

Avropa çempionatında yarımfinal görüşləri keçirilib
Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, hər iki matç eyni gündə baş tutub və “Dalğa Arena”da oynanılıb.  
Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb. Çempionata milli komandamızla birlikdə A qrupunda start verən Portuqaliya qrup lideri kimi çıxdığı 1/4 finalda Avstriyanı darmadağın edərək, yarımfinala adlamışdı. Elio Souzanın yetirmələri turnirin favoritlərindən hesab olunan Hollandiya ilə matçdan da üzüağ çıxıblar.
Belə ki, hər hissəyə vurulan 1 qol Portuqaliyaya 2:0 hesablı qələbə qazandırıb. Nəticədə Pireney təmsilçisi AÇ-in finalında oynamaq hüququ əldə edib.  
Günün ikinci matçında Almaniya ilə İspaniya münasibətlərinə aydınlıq gətiriblər. Azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. Hesabı "bundestim" açsa da, onlar bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. Son 15 dəqiqədə iki dəfə fərqlənən İspaniya millisi əzmkar qələbə hesabına finala adlayıblar.  
 
Azarkeşlər finalda Piriney dueli izləyəcəklər.  
 
17 yaşlı futbolçular arasında Avropa çempionatı
 
1/2 final
 
18 may    
Almaniya - İspaniya - 1:2
 
Qollar: Renat Dadaşov, 11 - Ruiz, 64, Diaz, 78  
 
Portuqaliya - Hollandiya 2:0
 
Qollar: Xose Qomes, 25; Dioqo Dalot, 56
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.