banner
banner

İdman

Premyer Liqamızda mövsümün son turu

Premyer Liqamızda mövsümün son turu

Bu gün Topaz Premyer Liqada 2015/2016 mövsümünə yekun vurulacaq.

36-cı turun bütün görüşləri bu gün keçiriləcək.

Gəncədə "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Eyni xala malik olan və turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilir.

"İnter" öz meydanında "Zirə"ni sınağa çəkəcək. Zaur Svanadzenin komandası turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qorumaq və çempionatın bürünc medallarına yiyələnməsi üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır.

Çempionatın autsayder klubları - "Rəvan" və "Xəzər Lənkəran" bu dəfə "Bayıl Arena"da üz-üzə gələcək. "Neftçi" səfərdə "Sumqayıt"ın, AZAL isə çempion "Qarabağ"ın qonağı olacaq.

20 may (cümə)

Topaz Premyer Liqası, 36-cı tur

17:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər:
 Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.

17:00. “İnter” – “Zirə”
Hakimlər:
 Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
“İnter Arena”.

17:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər:
 Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov 
“Bayıl Arena”.

“19:00. Sumqayıt” – “Neftçi”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
“Kapital Bank Arena”.

19:00. “Qarabağ” – AZAL
Hakimlər:
 Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Azersun Arena”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.