CİA.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ABŞ “İŞİD” terrorçu qruplaşması ilə mübarizədə və Rusiyanın Ukrayna siyasətinə qarşı müqavimət məsələlərində də lider mövqedədir.
“Bir neçə böhranlı vəziyyətlər yaşansa da ABŞ üçün 2014-cü ili uğurlu olub”, deyə Obama bildirib. Misal kimi o, ABŞ iqtisadiyyatının və əmək bazarının inkişafını göstərib. Özünə gəldikdə isə, Obama tam enerjili olduğunu və yaxın iki ildə də Ağ Evdə işləyəcəyindən ruhlandığını qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.