banner
banner

Dünya

Meksikada əyləncə klubuna silahlı hücum: 4 ölü

Meksikada əyləncə klubuna silahlı hücum:
Meksikanın Verakrus ştatının Xalapa şəhərində silahlı insident baş verib. 
"Report"un məlumatına görə, bu haqda "Excelsior" portalı xəbər yayıb. Məlumata görə, cinsi azlıqların olduğu kluba motosikllərlə gələn 3 naməlum şəxsin odlu silahlardan açdıqları atəş nəticəsində 4 nəfər ölüb, ən azı 14 nəfər isə yaralanıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Cinayətkarlar olaydan dərhal sonra ərazidən uzaqlaşıblar. Qanlı olayla təxminən eyni vaxtda Orisaba şəhərindəki barda da iki narkoticarətçi qrup arasında qarşıdurma yaranıb. Atışma zamanı ən azı bir silahlının öldürüldüyü bildirilir.  
 
Öldürlən şəxs Orisabanın cinayətkar qruplaşmalarından birinin rəhbəri imiş. Polis əməkdaşları barın zirzəmisinə daxil olmaq istədikdə isə cinayətkarlar asayiş keşikçilərinə silahlı müqavimət göstəriblər. Bu, üzun sürən atışma ilə nəticələnib.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.