"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın düşərgəsini tərk edən İnnosent Emeqara haqda danışıb.
CIA.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında Emeqarın klubdakı gələcəyi barədə yekun qərarı hələ vermədiklərini deyib:
"Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdur. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdır ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.