Türkiyənin ədliyyə naziri Bekir Bozdağ ötən gün iştirak etdiyi TV proqramlaerından birində Fəthullah Gülənin ekstradisiyası barədə danışıb.
ANS PRESS-in məlumatına görə, nazir Gülən barəsində həm “Qırmızı bülleten” çıxarılacağını, həm də ekstradisiyasını tələb edəcəklərini deyib.
Ekstradisiya tələbinə ABŞ-ın müsbət cavab verəcəyini ümid etdiklərini deyən Bozdağ, Fəthullah Gülənin indi yaşadığı ünvandan qaça biləcəyini də istisna etməyib.
Tarix boyu bir çox “paralel hökumətlərin” olduğunu deyən Bekir Bozdağ onların hər birinin tarix səhifələrində yox olduqlarını vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.