Mayın 24-də Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində Təbrizin "Traxtur" komandası öz evində BƏƏ-nin "Əl Nasir" komandasını qəbul edib.
Musavat.com bildirir ki, Bakı vaxtı ilə saat 19:30-da baş tutan oyunda Traxtur 3:1 hesabı ilə qələbə qazanıb. "Əl Nasir" komandasının üzvü Salim Saleh oyunun 16-cı, "Tarxtur"un oyunçuları Fərzad Hatəmi 47-ci və 73-cü, Məhəmməd İran Puriyan 61-ci dəqiqəsində qol vurublar. 2 qol fərqi ilə qələbə qazansa da, "Traxtur" Asiya Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazana bilməyib. Səbəb isə bundan əvvəl ilk görüşdə "Əl Nasir" komandasına 4:1 hesabı ilə uduzması olub və bu məğlubiyyətin əvəzini çıxması üçün ən azı 3 qol fərqi gərəkirdi. Beləliklə lazımi nəticəni əldə edə bilməyən "Traxtur" Asiya Çempionlar Liqasındakı mübarizəsini dayandırmalı olub.
Təbrizdəki mənbələrdən musavat.com-a daxil olan məlumata görə çox maraqlı keçən oyunu stadionda 80 min azarkeş izləyib. Asiya Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazana bilməsə də "Taxtur" un bu oyunundakı qələbəsini soydaşlarımız böyük coşğu ilə qarşılayıblar.
Qeyd edək ki, oyun zamanı həbsdə olan milli-mədəni fəallara dəstək olaraq "Azərbaycanlı fəallara azadlıq" şüarı yazılmış plakat da nümayiş etdirilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.