banner
banner

İdman

Çingiz Abdullayev: Uğurlarımız hələ qabaqdadır

Çingiz Abdullayev: Uğurlarımız hələ qabaqdadır
"Neftçi"nin oyunu ümumilikdə çox yaxşı oyun oldu. Xatırlayırsınızsa, keçən il belə oyun olmamışdı. Ötən il bizdı xeyli sayda əcnəbi oyunçular vardı. 
"Report" xəbər verir ki, bunu "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
O, qeyd edib ki, bu mövsüm meydana çıxan oyunçuların əksəriyyəti cavan və azərbaycanlılar idi: "Təbii ki, komandada əcnəbilər də vardı və bu olmalıdır. Amma əksəriyyət azərbaycanlılardır. Biz fəxr edirik ki, bir ildə bunu yavaş-yavaş qura bildik. İnanıram ki, uğurlarımız hələ qabaqdadır".
 
Çingiz Abdullayevin sözlərinə görə, "Neftçi" çempionatı 6-cı yerdə başa vurmasına baxmayaraq güclü "Qarabağ"la bərabər oyun sərgiləyib: "Gördünüz ki, komanda 120 dəqiqə heç-heçə elədi. Yalnız sonuncu dəqiqədə komanda qapısından qol buraxdı. Bizim məqsədimiz kubokla finala çıxmaq, medal qazanmaq, Avrokuboklara düşmək idi. Bu baxımdan məqsədə çatdığımızı deyə bilərik".
 
"Neftçi" yeganə komandadır ki, beş il dalbadal finala çıxıb: "Amma hesab edirəm ki, bu il nöqsanlarımız çox idi. Bir sıra dəyişikliklər oldu. Buna görə biz ayın 28-də Müşahidə Şurasında bu məsələləri müzakirə edəcəyik".
 
O, bildirib ki, oyundan sonra hakimə nəsə deməyin tərəfdarı deyil: "Xüsusi inspektorlar var. Onlar baxıb öz sözlərini deyirlər. Komanda uduzubsa və kimsə gəlib hakimi pisləyirsə, yaxud qalib gəlibsə, kimsə hakimi tərifləyirsə bu düz deyil".  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.