banner
banner

İdman

Millimiz “cırtdan”la bacarmadı

Millimiz “cırtdan”la bacarmadı
Bu gün Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində planlaşdırılan 3 yoxlama görüşündən birincisində Andorra ilə qarşılaşıb. 
 
Robert Prosineçkinin yetirmələri 2016-cı ildəki 2-ci görüşünü qolsuz bərabərliklə başa vurub.
 
İlin ilk sınağını Türkiyənin Antalya şəhərində keçirib, 0:1 hesabı ilə uduzan komandamız ikinci matçında da "cırtdan"la bacarmayıb.
 
Ölkə kubokunun final matçı ilə əlaqədar olaraq "Qarabağ" və "Neftçi"dən milliyə dəvət olunmuş oyunçuların çıxış etmədiyi oyunda kasad heyətlə mübarizə aparan millimiz ələ düşən bir neçə imkandan istifadə edə bilməyib və qarşılaşma başladığı kimi də sona yetib.
 
Yoldaşlıq oyunu
26 may
 
Azərbaycan – Andorra - 0:0
 
Hakimlər: Harald Lexner, Andreas Heidenreyx, Maksimilian Kolbitş, Markus Hameter (hamısı Avstriya)
Bad Erlax (Avstriya)
 
Azərbaycan: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov (4. Pavel Paşayev, 60), 15. Ruslan Abışov (k), 26. Adil Nağıyev, 16. Tərlan Quliyev (27. Vüqar Mustafayev, 46), 20. Ufuk Budak, 29. Budak Nəsirov, 25. Murad Səttarlı (24. Amil Yunanov, 46), 13. Dmitri Nazarov (19. Rəşad Eyyubov, 63), 10. Elvin Məmmədov, 18. Ağabala Ramazanov
 
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 23. Səlahət Ağayev
 
Andorra: 1. Xosep Qomes, 2. Kristian Martines (17. Aleksandr Martinez, 50), 3. Mark Vales, 4. Maks Lovera, 5. Emili Qarsiya (6. İldefons Lima), 8. Marsiyo Vyeyra (k), 9. Aaron Sançes (16. Andreu Matos, 65), 14. Xordi Alaez (11. Sercio Moreno, 72), 20. Viktor Rodrigez, 21. Mark Qarsiya, 23. Xordi Rubio
 
Ehtiyat oyunçular: 13. Pol Ferran, 10. Lüdovik Klemente, 15. Mioses San Nikolas, 17. Aleksandr Martinez 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.