Həcc ziyarətinə gedən zəvvarların müqəddəs yerlərdə “selfie” çəkilişləri pislənilib.
ANS PRESS-in məlumatına görə, Rusiya Müftilər Şurası bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəkil çəkdirməyə həddən artıq bağlılıq zəvvarları adi turistlərə çevirir.
“Əgər zəvvarların çəkdirdikləri şəkillər, bu şəkillərin paylaşılması və müzakirə edilməsi möminləri Həcc ziyarətini düzgün yerinə yetirməkdən yayındırırsa, bu, bəyənilən əməl deyil”, - deyə açıqlamada deyilir.
Artıq bir neçə dini saytlarda belə məlumatlar yayılıb ki, son zamanlar yeni “dəb” yaranıb. Zəvvarlar Səudiyyə Ərəbistanında müqəddəs ziyarət zamanı daim “selfie”, müxtəlif videolar çəkir. Sonra isə bunları sosial şəbəkələrdə paylaşırlar.
“Əlbəttə zəvvarlar ilk növbədə həcc ziyarətinin, mərasimlərin, ayinlərin düzgün yerinə yetirilməsi haqqında düşünməlidirlər. Nəinki özlərini necə çəksinlər. Əgər şəkil çəkdirmələri ziyarətin düzgün yerinə yetirilməsindən yayındırırsa, belə çıxır ki, həmin şəxs ora ziyarət məqsədilə deyil, özünü qohumlarına, yaxınlarına və dostlarına Həcc fonunda göstərmək üçün gedib”, - deyə Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbyasov bildirib.
Bununla belə, bildirilib edib ki, şəkil çəkdirmək heç vaxt qadağan olunmayıb. Qeyd olunur ki, unudulmaz yerlərdə şəkil çəkdirmək normaldır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.