Rusiyanın Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov Belarus prezidenti Aleksandr Lukaşenkonu ABŞ ilə dostluqdan çəkinməyə çağırıb.
O, Birləşmiş Ştatlarla belə münasibətlərin “təhlükəli təcrübəsi” haqqında Twitter-də yazıb, Oxu.Az xəbər verir.
“[Slobodan] Miloşeviç, [Müəmmər] Qəddafi, [Səddam] Hüseyn ABŞ ilə dostluq etməyə çalışırdılar. Onların taleyi məlumdur. İndi ABŞ Lukaşenkoya “yeni münasibətlər” təklif edir. Təhlükəli təcrübədir...”, - deyə, Puşkov vurğulayıb.
Dekabrın 21-də Kiyevdə Lukaşenko və Ukrayna prezidenti Pyotr Poroşenko arasında danışıqlar baş tutub. Belarus lideri ukraynalı və belarusların qonşu, doğma olduqlarını, ölkəsinin isə Poroşenkonun istədiyi hər bir şeyi bir sutkaya tapacağını bildirib.
Dekabrın 17-də ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Belarus və Birləşmiş Ştatlar son bir neçə ildə ikitərəfli münasibətlərdə tərəqqiyə nail olublar. O, həmçinin ABŞ-ın Belarus ilə əməkdaşlıq üçün açıq olduğunu vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.