banner
banner

İdman

"İtaliyada hər kəs özünü məşqçi hesab edir" - Mançini

"İtaliyada hər kəs özünü məşqçi hesab edir"

"İnter" klubunun baş məşqçisi Roberto Mançini A Seriyasının son turunda evdə "Latsio" ilə 2:2 bərabərə qaldıqları oyundan sonra maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis İtaliyada hər kəsin özünü məşqçi hesab etdiyini deyib:

"İtaliyada hər kəs özünü məşqçi hesab edir. Lakin bu heç də asan deyil. İlk hissədə seçdiyim taktikaya nəzər yetirdikdə özümə haqq qazandıra bilərəm. "Latsio" ilə oyunda erkən qol buraxmağımız planlarımızı pozdu. Rəqibə isə geniş oynamaq imkanı verdi. Səhvlərin olması normaldır. Ancaq bunun taktiki dəyişikliklə əlaqədar olduğunu düşünmürəm. Bir aya "İnter"in "Barselona" və "Bavariya" olmasını gözləməyin. İkinci hissədə daha yaxşı oynadıq. Ümid edirəm ki, qarşıdakı ev oyunlarında top buraxmayacağıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.