Argentinalı futbolçu Lionel Messi və atası Xorxe Orasio Messi iyunun 2-də vergidən yayınma ittihamına görə Barselona məhkəməsində olublar.
Məhkəmədə onlara rəsmi ittiham elan edilib.
Əgər günahkar bilinsələr hər ikisi 22 ayadək həbs cəzasına məhkum oluna bilər.
Söhbət 4,1 milyon avronun vergidən yayındırılmasından gedir.
L.Messi “Forbec” jurnalının siyahısında son onillikdə ən çox qazanan idmançılar arasında 350 milyon dollarla onuncudur.
İttihama görə, Messi və atası 2007 və 2009-cu illərdə Uruqvay, Belize, İsveçrə və Böyük Britaniyadakı şirkətlər yolu ilə vergidən yayınıblar.
Dinləmələr çərşənbə axşamı başlayıb, amma 28 yaşlı futbolçu zədəli olduğundan prosesə qatılmayıb.
Xorxe və Lionel Messi bütün ittihamları rədd edirlər.
Onu da qeyd edək ki, Lionel Messi 2000-ci ildən Barselonada yaşayır, 2005-ci ildə İspaniya vətəndaşlığı alıb.
Cia.az
06.11.2026 - 21:43
"Qarabağ" klubu Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
27.10.2026 - 22:35
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.
21.10.2026 - 09:43
Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
19.10.2026 - 16:46
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
19.10.2026 - 09:29
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.
14.10.2026 - 21:44
“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
07.10.2026 - 10:20
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/27 mövsümü start götürür.
04.10.2026 - 20:46
"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.
13.07.2026 - 17:07
"Qarabağ"ın daha bir futbolçusuna təkliflər var.
20.06.2026 - 21:52
"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
01.06.2026 - 18:03
Argentina millisinin kapitanı və ulduz hücumçusu Lionel Messi yığmanın qarşıdakı yoxlama oyunlarından birini buraxacaq.
25.05.2026 - 17:57
ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.