banner
banner

İdman

“Barsa”dan Arda Turan açıqlaması

“Barsa”dan Arda Turan açıqlaması
Türkiyə millisinin üzvü Arda Turanın "Barselona”dakı taleyinə aydınlıq gəlib. ANS PRESS-in məlumatına görə, yarımmüdafiəçi Kataloniya klubunda qalacaq.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Rəsmi sayt vasitəsi ilə çıxış edən "Barselona"nın idman direktoru Robert Fernandes məsələyə belə aydınlıq gətirib: "Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı”.
Ardanın son İspaniya çempionuyla 2020-ci ilə qədər müqaviləsi var. "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib.
Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.