|
UEFA Albaniyanın "Skenderbeu" klubunu bir mövsümlüyə avrokuboklardan kənarlaşdırıb. Buna klubun danışılmış oyunlarda iştirakı səbəb olub. "Skenderbeu" rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bu qərarla razılaşmadığını bildirib. Albaniya təmsilçisi qərarla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb. Qeyd edək ki, "Skenderbeu" son mövsüm Albaniya çempionu olub. Cia.az
|


